Lənkəranda meşədə azan şəxs xilas edilib – VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonunun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1982-ci il təvəllüdlü Vüsal Akif oğlu Hüseynov bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib.

FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir