Danimarka aptekləri 2022-ci ildə 410 milyon Danimarka kronu (60 milyon dollardan çox) dəyərində dərmanları tullantı qismində atıblar ki, bu da ətraf mühitə mənfi təsir göstərir.
Mövzunu “Stop Medical Waste” adlı ekoloji təşkilatının araşdırması gündəmə gətirib.
Məlumata görə, bəzi ölkə vətəndaşları dərmanları apteklərə qaytarır. Bu, həm çox böyük qablaşdırma paketləri, həm də xəstənin müalicə planlarında dəyişiklik səbəbindən baş verir.
Təşkilat dərman tullantılarının təhlükələrini qeyd edib və əczaçıları tullantıların azaldılmasına kömək məqsədilə dərmanların daha kiçik paketlərdə istehsalına çağırıb.
Mənbə: mk.ru
www.RESMIXEBER.az