Bu gecə Türkiyə ərazisində ardıcıl zəlzələlər qeydə alınıb

Dünya


Bu gecə Türkiyənin Malatya vilayətində və Kahramanmaraş şəhərində yeraltı təkanlar qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

İlk zəlzələ Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.

4,4 bal gücündə olan zəlzələnin ocağı yerin 3,3 kilometr dərinliyində yerləşib.

Digər zəlzələ isə təxminən bir saat sonra Kahramanmaraşın Göksun rayonunda qeydə alınıb.

Burada 4 bal gücündə olan zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib.

Hələlik dağıntı və itki barədə məlumat yoxdur.

Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir