Qətər və BƏƏ altı illik fasilədən sonra diplomatik münasibətləri bərpa edir

Dünya


Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər.  

Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iki ölkənin səfirlikləri və konsulluqları iyunun 19-dan etibarən işə başlayırlar.

“Tərəflər təsdiq edirlər ki, bu addım iki ölkə rəhbərliyinin iradəsinin təcəssümüdür və iki qardaş xalqın istəklərini həyata keçirmək üçün birgə ərəb işini gücləndirmək məqsədi daşıyır”, – deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, 2017-ci ilin iyununda Bəhreyn, Misir, Yəmən, Liviya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Bu qərarın əsas səbəbi Qətərin sabitliyi pozan rolu və əmirliyin ekstremist ideologiyaya, eləcə də regionda fəaliyyət göstərən qruplara dəstək verməsi olub. Dohada bu iddialar əsassız adlandırılıb.

Qeyd edək ki, iki ölkə arasındakı “barışıq” 2021-ci ildə Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilmiş Fars Körfəzinin Ərəb Ölkələri Şurasının sammitində ərəb monarxiyası və Misir arasında imzalanmış razılaşma əsasında mümkün olub. Razılaşmaya əsasən, onu imzalayan ölkələr rəsmi Doha ilə diplomatik münasibətləri tam olaraq bərpa etməli, eləcə də onunla hava əlaqəsini təmin edərək Qətərin blokadasına son qoymalıdır.

2021-ci il yanvarın 21-də Qahirə və Doha 2017-ci ilin yayında kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. 2023-cü il aprelin 13-də Qətər Xarici İşlər Nazirliyi Bəhreyn tərəfi ilə münasibətlərin bərpası üçün razılıq əldə olunduğunu açıqlayıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir