“Neftçi”də Regekampfı Türkiyə çempionu əvəz edəcək?

Dünya


Mövsümü titulsuz başa vuran “Neftçi”də ciddi dəyişikliklərin olacağı və bunun yalnız heyətlə məhdudlaşmayacağı gözlənilən idi.

resmixeber.az xəbər verir ki, “ağ-qaralar” baş məşqçi dəyişikliyi astanasındadırlar.

Paytaxt təmsilçisi keçən ilin yayından komandaya rəhbərlik edən Laurentsiu Regekampfla yolları ayırmaq istəyir. Təkcə nəticələrin uğursuzluğu yox, komandanın məzmunsuz oyunu da rumın mütəxəssisin komandadakı gələcəyini təhlükə altına salıb.

Rumıniya mətbuatında ard-arda Regemapfla bağlı xəbərlərin dərc olunması təsadüfi deyil. Məsələ ondadır ki, bu, köhnə, amma həmişə effektivliyini qoruyan taktikadır. Bir çox mütəxəssis, futbolçu işsiz qalma təhlükəsi yarandıqda yaxın media orqanları vasitəsilə bu formada gündəmdə olmağa çalışır.

Həqiqət odur ki, “Neftçi” ilə müqaviləsi davam edən çalışdırıcı komandanı tərk etmək üçün böyük məbləğdə təzminat tələb edir.

“Ağ-qaralar” öz növbəsində yeni baş məşqçi axtarışlarını davam etdirirlər. Son məlumatlara görə, bu posta ən iddialı namizəd Sergen Yalçındır. 2021-ci ilin dekabrından işsiz olan və ona qədər son olaraq “Beşiktaş”ı çalışdırıb Türkiyə çempionu edən mütəxəssislə bir neçə görüş baş tutub. Müzakirələr müsbət istiqamətdə davam edir.

“Neftçi” Sergen Yalçını baş məşqçi postuna gətirə bilmək üçün öncə Regekampfla yolları ayırmalıdır. Dolaşıq vəziyyət yarandığından indiki məqamda klub hər hansı açıqlama verməyə lüzum görmür.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir