Ukrayna Müdafiə Nazirliyi daha bir kəndin azad edildiyini təsdiqlədi – FOTO

Dünya


Berdyansk və Melitopol istiqamətlərində ikihəftəlik hücum əməliyyatları zamanı “Tavrida” Birləşmiş Strateji Qoşunlar Qrupu tərəfindən 8 yaşayış məntəqəsi azad edilib.

Bunlar Novodarovka, Levadnoye, Storojevoye, Makarovka, Blaqodatnoye, Lobkovoye, Neskuçnoye, Pyatixatka kəndləridir.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

“Ümumilikdə Tavrida istiqamətindəki bölmələr düşmənin 7 km-ə qədər dərinliyinə doğru irəliləyiblər. Cənubda azad edilən ərazi 113 kvadratkilometr təşkil edir”, – deyə o bildirib.

Anna Malyarın sözlərinə görə, ötən həftə cənubda bir neçə istiqamətdə hücum əməliyyatları həyata keçirilib.

“Son bir həftə ərzində düşmən xeyli itki verib. Xüsusilə ötən həftə düşmənin bütün istiqamətlərdə itkiləri 4600 ölü və yaralı olub, bundan əlavə 80-dən çox rusiyalı hərbçi müdafiəçilərimiz tərəfindən əsir götürülüb. Həmçinin müdafiə qüvvələri düşmənin 400-dən çox texnikası və silahını, o cümlədən vertolyotlar, tanklar, haubitsalar, tank əleyhinə raket sistemi və s. məhv edib”, – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, ötən gün Ukrayna “Telegram” kanallarında Zaporojye vilayətinin Pyatixatka kəndindən rusiyalıların çıxarılması ilə bağlı xəbərlər yayılıb və rəsmi şəkildə təsdiqi gözlənilirdi.

Həmçinin bu kəndin azad edilməsinin Ukrayna Silahlı Qüvvələrinə dayaq nöqtəsinin genişləndirməyə və Vasilyevkaya doğru irəliləməyə imkan verəcəyi də vurğulanır.

Mənbə: RBC-Ukrayna, “İnsayder” “Telegram”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir