SOCAR Ceyranbatanda kanalizasiya sularının sakinlərin həyətinə axmasına aydınlıq gətirib

Cəmiyyət


İntensiv yağışın yağması nəticəsində Ceyranbatanda yeraltı neft kəmərinə yaxın məsafədə yeraltı məişət-kanalizasiya xətti dolub. Bu zaman yağış və kanalizasiya suları sakinlərin həyətlərinə axıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunmuş qurumlar, həmçinin Neft Kəmərləri İdarəsinin müvafiq xidmətləri tərəfindən araşdırmalar aparılıb və qarışığın kəmərdən neft sızması ilə əlaqəli olmadığı müəyyən edilib.

Qurum qeyd edib ki, nəql əməliyyatı dayandırılmayıb və kəmərə heç bir ziyan dəyməyib.

Xatırladaq ki, iyunun 18-də saat 22:10-da SOCAR-ın Neft Kəmərləri İdarəsinin Abşeron istehsalat bölümünün Abşeron rayonunun Ceyranbatan yaşayış sahəsində, Böyükşor-Sumqayıt 700 mm-lik yeraltı neft kəmərinin 31-ci kilometrliyinin yaxınlığında yeraltı məişət-kanalizasiya xətti dolub və çirkab sular yağış sularına qarışaraq sakinlərin həyətlərinə axıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir