Kürdəmirdə QƏZA: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


Kürdəmir şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Belə ki, sürücü “Isuzu” markalı yük maşınının idarəetməsini itirib və nəticədə avtomobil yol kənarındakı hasara çırpılıb.

Hadisə zamanı Göyçay rayon sakinləri – 1994-cü il təvəllüdlü Cahangir Natiq oğlu Novruzov və 2000-ci il təvəllüdlü Kənan Qaçay oğlu Mikayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir