Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələrində müzakirə ediləcək məsələlər açıqlanıb

Siyasət


“Bu gün Gürcüstan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında aparılacaq siyasi məsləhətləşmələrin başlıca məqsədi iki ölkə arasındakı yüksəksəviyyəli münasibətləri dialoq vasitəsilə də davam etdirməkdir”.

resmixeber.az-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə səfərdə olan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Biz mövcud əlaqələrin yüksək səviyyəsinin bugünkü durumunu nəzərdən keçirəcəyik. Eyni zamanda, aktual, dünyada baş verən dəyişikliklər, çağırışlar, təhlükələr kontekstində öz imkanlarımızı və birgə imkanları dəyərləndirəcəyik. Gürcüstanla Azərbaycanı birləşdirən strateji əlaqələr var və bu strateji əlaqələr çərçivəsində hansı istiqamətlərin daha yaxşı və sürətlə inkişaf etdirilməsinin lazım olduğuna nəzər salınacaq.

Təbii ki, bizim dövlət başçıları, hökumət başçıları səviyyəsində çox sıx dialoq həyata keçirilir, təmaslar, dostluq və etibarlı münasibətlər var. Ölkə başçıları səviyyəsində yüksəksəviyyəli vəzifələr, məsələlər var ki, bu, öz həllini tapmalı və davam etməlidir – bu istiqamətdə hansı işləri görə biləcəyimizi, hansı istiqamətlərdə əlaqələndirməni gücləndirməyi müzakirə edəcəyik.

Eyni zamanda, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi olacaq, çünki bu məsələlərdə də Azərbaycan və Gürcüstanın birgə hədəfləri, birgə maraqları, qarşılıqlı fəaliyyət potensialı və resursları var. Bunlardan biz hər iki ölkənin xalqlarının mənafeyinə necə istifadə edə bilərik – bütün bunlar müzakirə olunacaq”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir