İran KİV: “Araz çayının radioaktiv maddələr və ağır metallarla çirkləndirilməsi inkar edilə bilməz” – FOTO

Dünya


“Ermənistanla yanaşı, İran da Araz çayının ən böyük çirkləndiricisidir. Belə ki, İranda Süngün mis mədəninin fəaliyyəti bu çirklənməni artırır”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranın “Pəyam-e Ma” qəzetində məqalə dərc olunub.

Nəşrdə Araz çayının radioaktiv maddələr və ağır metallarla çirkləndirildiyi və bununla bağlı inkaredilməz faktlar olduğu bildirilir.

Məlumata görə, əsas mənbəyi Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası olan bu çirklənmə Güney Azərbaycanda Araz çayının ətraf bölgələrində yaşayan sakinlər arasında müxtəlif ciddi xəstəliklərin yayılmasında, xüsusilə də  qida borusu, mədə, qara ciyər və dəri xərçəngi xəstəliklərinin artmasına səbəb olub.

Qəzetin araşdırmasına görə, Ermənistandakı mis mədənləri də çirklənməyə səbəb olur.

Eyni zamanda İranın Atom Enerjisi Təşkilatının və Energetika Nazirliyinin çaydakı radioaktivlik çirklənməni araşdırmaması narahatlıq doğurub.

Bildirilib ki, Araz çayının çirklənməsi ilə bağlı dövlət qurumları tərəfindən çoxsaylı hesabatlara baxmayaraq, İran rəsmiləri çayda uranın olduğunu inkar edir.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir