Zaporojyenin Rusiya tərəfindən təyin olunmuş yüksək vəzifəli məmurunun avtomobili partlayıb – FOTO/VİDEO

Dünya


Ukraynanın işğal olunmuş Zaporojye vilayətinin RF tərəfindən təyin olunmuş yüksəkvəzifəli məmurun yolsuzluq avtomobili partlayıb.

Hadisə Krımın Simferopol şəhərində baş verib, maşında vilayətin RF tərəfindən təyin olunmuş baş nazirin müavininin köməkçisi Vladimir Yepifanov, onun mühafizəçisi və katibi olublar.

İlkin məlumatlara görə, avtomobildə qaz balonu partlayıb, bundan sonra maşın baryerlərə çırpılıb və alovlara bürünüb.

Zərərçəkənlərin hər üçü xəstəxanaya yerləşdirilib: Onların bədənlərinin 30%-i yanıb.

Bildirilir ki, avtomobilin üzərindəki qaz avadanlıqlarına dünən Simferopoldakı xidmətlərdən birində baxış keçirilib.

Mənbə: “Shot” “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir