Naxçıvanda qadın boğularaq qətlə yetirilib – YENİLƏNİB

Kriminal


Naxçıvanda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 19-u saat 08 radələrində Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Alcəfərovanın ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Röyal Zeynalovun yaşadığı evin həyətində həmkəndlisi Telli Alcəfərovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Röyal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

09:44

İyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir