Karyerasını bitirəcəyi gözlənilən kapitan “Kəpəz”in təklifinə “hə” dedi

Dünya


Vurğun Hüseynov “Sumqayıt”dan ayrılıb.

“Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti kapitanla müddəti başa çatan müqavilənin yenilənmədiyini açıqlayıb.

35 yaşlı mərkəz müdafiəçisinin karyerasını bitirəcəyi gözlənilsə də, o, daha bir il oynamaq qərarına gəlib.

V.Hüseynov “Kəpəz”lə anlaşıb. Tovuzlu futbolçu Gəncə klubunun yeni baş məşqçisi Azər Məmmədovun təklifini geri çevirməmək qərarına gəlib. “Sarı-göylər”in mətbuat xidməti keçidi açıqlayıb.

Xatırladaq ki, “Sumqayıt” oyunçuya məşqçi kimi çalışmağı təklif edib. Vurğun Hüseynov 2013-cü ildən “kimyaçılar”ın uğurları üçün çalışırdı.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir