Qurban Qurbanov təsdiqlədi: “Musa Qurbanlı və Marko Yankoviçlə maraqlanırlar”

Dünya


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçuları – Musa Qurbanlı və Marko Yankoviçin xarici klubların maraq dairəsində olduqlarını təsdiq edib.

Təcrübəli mütəxəssis bu barədə “CBC Sport”a açıqlamasında bildirib. Baş məşqçi rəsmi təklif almadıqlarını da vurğulayıb:

“Marko Yankoviç və Musa Qurbanlı ilə maraqlanırlar. Rəsmi olmayanda ətraflı məlumat vermirəm. Bilsək ki, yerli futbolçuların kənarda inkişaf etmək imkanları var və ölkə futboluna faydası daha çox olar, onlara gələn təkliflərə “yox” deməməyə çalışırıq. Yankoviç komandamızda elə də çox oyun keçirməyib. Cəmi bir ildir, bizimlədir. Əsas oyunçularımızdan biridir. Özünə ciddi təklif ola bilər, amma klubla hər hansı danışıq olmayıb”.

Baş məşqçi qarşıdakı dönəm üçün hücum xəttini gücləndirmək istədiklərini deyib:

“Keyfiyyəti yaxşılaşdırmaq istəyirik. Hücum xəttinə minimum 2 oyunçu alınmasını istərdim. Danışıqlar davam edir, aktiv çalışırıq. Siyahıda bir çox ölkə çempionatında çıxış edən forvardların adları var”.

Qeyd edək ki, Musa Qurbanlının adı Avstriyanın “Zaltsburq” klubu ilə, Marko Yankoviçin adı isə Rusiya “Ural”ı ilə hallanır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir