Azərbaycan ilk dəfə olaraq Peruya polipropilen ixracına başladı

Cəmiyyət


Azərbaycan ilk dəfə olaraq Peruya HB 0356 FR markalı polipropilenin ixracına başlayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, qurumun idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin ixrac coğrafiyası genişlənir.

Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Cənubi Amerika ölkəsinə – Peruya polipropilen (HB 0356 FR markalı polipropilen) ixrac edilib. Bu ölkəyə ilkin mərhələdə 90 ton məhsul göndərilib.

Qeyd: “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının ən böyük investorlarından biridir və parkın ərazisində polipropilen və polietilen istehsal edir. Müəssisədə istehsal olunan məhsullar indiyədək dünyanın 10-dan çox ölkəsinə (Çin, Polşa, Nigeriya, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rusiya, Ukrayna və s.) “Made In Azerbaijan” brendi ilə ixrac edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir