Saakaşvili: “Putinin hərbi əsiriyəm”

Dünya


“Bu gün mən məhkəmə iclasında çıxış etməli idim – insanlar görəcəkdilər ki, ağır fiziki vəziyyətə baxmayaraq, məni ruhən sındıra bilməyiblər və həmişəkindən daha şənəm, bu da onların bütün təbliğatını məhv edəcəkdi”.

Bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili özünün “Facebook” səhifəsində  bəyan edib.

O, məhkəmənin qeyri-müəyyən müddətə, ən azı payıza qədər təxirə salındığını deyərək, bunun Rusiya hakimiyyətinin çökdüyünün göstəricisi adlandırıb.

“Bugünkü nümunə həm də mənim (RF Prezidenti Vladimir) Putinin və onun yerli marionetlərinin hərbi əsiri olduğumu təsdiqləyir”, – deyə Saakaşvili əlavə edib.

Siyasətçinin sözlərinə görə, onun əsirlikdə olması Gürcüstan tarixində biabırçı səhifədir.

Mənbə: Qruziya Online

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir