Ukraynalı hərbçi dünya rekordunu qırdı – VİDEO

DIN


Xarkovda Ukrayna Silahlı Qüvvələrinin baş leytenantı Dmitri Kosatıy dünya və ölkə rekordları müəyyən edib.

O, 60 saniyə ərzində yumruqları üzərində “jim” edərək dünya rekorduna imza atıb.

24 yaşlı hərbçi bir dəqiqə ərzində 128 dəfə bu hərəkəti etməyi bacarıb və italyan Rino Restivonun əvvəlki rekordunu (116) üstələyib.

Bu nailiyyət üçün ərizə Ginnesin Rekordlar Kitabı tərəfindən qəbul edilib.

Kosatiy turnikdən dartınma sayına görə də Ukrayna rekordunu müəyyənləşdirib – 110 dəfə.

Qeyd edək ki, bu, baş leytenantın ilk idman uğuru deyil. O, artıq 2020-ci ilin yayında paralel qollarda Ukrayna rekordçusu olub.

Mənbə: zn.ua, redpost

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir