Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı

Dünya


Britaniya Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsi təqdim edib.

Qanun Moskva Ukraynaya təzminat ödəyənə qədər Britaniyanın Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamasına imkan verəcək.

Bu barədə Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli bəyanat verib.

“Ukrayna Rusiyanın işğalına qarşı özünü müdafiə etməyə davam edir və müharibənin dəhşətli nəticələri ortadadır. Ukraynanın yenidənqurma üçün ehtiyacları çox böyükdür və bu artacaq”, – deyə bəyanatda qeyd edilib.

Kleverli əlavə edib ki, Böyük Britaniya bu kimi yeni tədbirlər vasitəsilə sanksiyalara yanaşmasını gücləndirəcək.

Mənbə: “Reuters”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir