Şəkidə evdə baş verən partlayışda xəsarət alan azyaşlılar ölüblər

Cəmiyyət


Şəkidə qaz sızması səbəbindən evdə baş verən partlayışda ağır xəsarət alan azyaşlılar vəfat ediblər.

resmixeber.az-nın məlumatına görə, hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyalarını dəyişiblər.

Onu da qeyd edək ki, azyaşlıların anası 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova isə Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir