Gəncə və Naftalanda subasmanın fəsadları aradan qaldırılıb – FOTO/VİDEO

Cəmiyyət


Ölkə ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, intensiv yağışlar səbəbindən Gəncə şəhərinin “Yeni məhəllə” adlanan ərazisində fərdi yaşayış evi subasmaya məruz qalıb.

Bununla əlaqədar dərhal əraziyə cəlb edilən FHN Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş müraciət əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan Şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən Naftalan şəhərində su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir