Tanınmamış Kosovonun ərazisində fəaliyyət göstərən Aİ-nin Qanunun Aliliyi Missiyasının (EULEX) fəaliyyəti biabırçılıqdır, öhdəliklərini yerinə yetirmir və yalanlar yayır.
Bunu bazar günü Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.
Vuçiç missiyadan sitat gətirib: “Biz sizə zəmanət veririk ki, vəziyyətə nəzarət edirik”.
“Ayıb olsun, yalançılar! Siz heç nəyə əməl etmirsiniz, siz yalançılarsınız! Yeganə məqsədiniz serblərin bölgədən qovulmasıdır”, – Serbiya prezidenti deyib.
Mənbə: rg.ru
www.RESMIXEBER.az