Alimlər aborigen avstraliyalıların çəkdikləri rəsmlərin mənasını tapıblar – FOTO

Dünya


Avstraliyanın Flinders Universitetinin alimləri müəyyən ediblər ki, Avstraliyanın aborigen sakinləri tərəfindən çəkilmiş sirli mağara rəsmlərində qədim indoneziyalıların döyüş gəmiləri təsvir olunub.

Belə ki, hələ 50 il əvvəl Avstraliyada kiçik bir mağarada arxeoloqlar materikin yerli sakinlərinin çəkdiyi rəsmləri aşkar ediblər.

Ətraflı araşdırma göstərib ki, rəsmlərdəki təsvirlərdə indoneziyalıların gəmiləri təsvir edilib.

Artıq sübuta yetirilib ki, İndoneziyanın aborigen xalqı olmuş molukkanlar mütəmadi olaraq Avstraliya materikinə səyahət edib, buranın yerli xalqı ilə sıx təmasda olublar.

Bununla belə, alimlər qayaüstü təsvirin əsl məqsədini öyrənmək üçün daha çox araşdırma aparmağa ehtiyac olduğunu bildiriblər.

Mənbə: Historical Archaeology

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir