Lənkəranda traktor avtomobillə toqquşub, üç nəfər xəsarət alıb

Cəmiyyət


Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az” xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Cil kənd sakini 2002-ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor Astara rayonunun Şümrüd kənd sakini, 1990-cı il təvəllüdlü Nahid Şadoğlan oğlu​ Məmmədovun​ idarə etdiyi ​“Mitsubishi” markalı pikap avtomobilə çırpılıb.

Zərbənin təsirindən traktor aşıb. Traktorun sürücüsü, eləcə də pikapda olan sərnişinlər,​ Astara rayonunun Pəlikeş ​kənd sakinləri, sürücünün qardaşı​ 1986-​cı il təvəllüdlü Mövlud​ Şadoglan oğlu Məmmədov və həmkəndlisi 1978-​ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov​ müxtəlif dərəcəli ​bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir