Anna Netrebko və Yusif Eyvazov İtaliyanın “Arena di Verona” amfiteatrında yubiley mövsümünü açdılar – VİDEO

Dünya


İtaliyanın “Arena di Verona” amfiteatrında yubiley mövsümünün açılışı olub.

Cüzeppe Verdinin “Aida” operasının möhtəşəm premyerası ilə 100-cü yubiley opera mövsümü açıq elan edilib.

Hökumət nümayəndələrinin, aparıcı sahibkarların, tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə baş tutan tədbir “Rai 1” telekanalında canlı yayımlanıb.

88 yaşlı Sofiya Loren gecədə fəxri qonaq kimi iştirak edib. Əsas partiyanı rusiyalı soprano Anna Netrebko ifa edib, onun “Radames” partiyasında partnyoru isə azərbaycanlı tenor Yusif Eyvazov olub.

Qeyd edək ki, Anna Netrebkonun həyat yoldaşı olan Yusif Eyvazov Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir