İsveçrədə hava şarı səmada alışaraq yanıb, yeddi nəfər xəsarət alıb – FOTO

Dünya


İsveçrənin Hünenberq kommunasında hava şarı səmada olarkən alışaraq yanmağa başlayıb.

Yanğın nəticəsində hava şarı yerə çırpılıb.

İnsident nəticəsində hava şarının kabinində olan yeddi nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. 

Qəza yerinə gələn xilasedicilər qısa müddətdə yanğını söndürüblər.

Zərərçəkənlər təcili tibbi yardım maşınlarında xəstəxanaya çatdırılıb.

Mənbə: 24 heures

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir