Tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş maarifləndirici tədbir və fləş-mob keçirilib – FOTO

Cəmiyyət


İyunun 17-də “Gənclik Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və nazirliyin 2 nömrəli Bakı Tibb Kolleci tərəfindən tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin məqsədi geniş ictimaiyyətin diqqətini təxirəsalınmaz vəziyyətlərdə ilk yardım mövzusuna yönəltmək və maarifləndirməkdir. Kampaniya çərçivəsində arzu edənlərin arterial təzyiqi, nəbzin tezliyi, boy və çəkiləri ölçülüb.

Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.

Daha sonra 2 nömrəli Bakı Tibb Kollecinin tələbələri və könüllülərinin iştirakı ilə “İlkin yardım – ikinci həyata addım!” adlı fləş-mob təşkil olunub.

Fləş-mobda Tibb kollecinin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə tibbi yardımın göstərilməsi, eyni zamanda düzgün gigiyena qaydaları əyani olaraq nümayiş etdirilib.

Həmçinin sağlamlıq mövzusunda viktorina keçirilib. Sonda qaliblər mükafatlandırılıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir