Londonda III Çarlzın rəsmi doğum günü münasibətilə ilk parad keçirilib – VİDEO

Dünya


Londonda Böyük Britaniya kralı III Çarlzın rəsmi doğum günü münasibətilə hərbi parad keçirilib.

1,4 min əsgərin, 200 atın və 400 musiqiçinin iştirak etdiyi yürüş monarxın rəsmi iqamətgahı olan Bukinqem sarayından start götürüb.

Ötən il anası, kraliça II Elizabetin (1926-2022) ölümündən sonra taxta çıxan 74 yaşlı monarx üçün bu ilk doğum günü paradı olub.

Yürüş Mell küçəsi boyunca atlı mühafizəçilərin parad meydançasına qədər olan ənənəvi marşrutu üzrə həyata keçirilib. Kral III Çarlzla birlikdə paradda onun oğlu, taxt-tacın varisi, Uels şahzadəsi Uilyam, monarxın bacısı, şahzadə Anna və qardaşı, Edinburq hersoqu, şahzadə Edvard iştirak edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir