Türkiyə xüsusi xidmət orqanları təhlükəli terrorçunu məhv etdi – FOTO

Dünya


Türkiyə xüsusi xidmət orqanları Suriyanın Ayn əl-Ərəb rayonunda beynəlxalq axtarışa verilmiş xüsusi təhlükəli terrorçu Osman Nuri Ocaklını zərərsizləşdirib.

Bu barədə Türkiyə təhlükəsizlik strukturlarındakı mənbələr məlumat veriblər.

“Yılmaz Behrareş” kod adlı Osman Nuri Ocaklı Türkiyədə qadağan olunmuş Marksist-Leninçi Kommunist Partiyası (MLKP) təşkilatının liderlərindən biri olub.

2000-ci ildən MLKP sıralarına qatılan Ocaklı bu cinayətkar təşkilatın bir çox qanlı aksiyalarının təşkilatçısı hesab edilir. MLKP yaraqlıları Suriya və Türkiyədə terror aktlarının təşkili ilə bağlı PKK terrorçuları ilə bölgədə sıx əməkdaşlıq edirlər.

Ocaklı 2014-cü ildə PKK terrorçularının Şimali İraqdakı bazalarına qaçıb, 2015-ci ildə isə Suriyanın Rasulayn bölgəsinə keçib.

2018-ci ildə o, Suriya və Türkiyə dövlət sərhədlərindən qanunsuz keçidlər təşkil edib, ötən ildən isə Suriyanın Ayn əl-Ərəb bölgəsində MLKP dəstələrinə rəhbərlik etməyə başlayıb.

Mənbə: Anadolu

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir