Qərbi Trakyada məscidə girən Fransa vətəndaşı “Qurani-Kərimi”i cırdı – FOTO

Dünya


Qərbi Trakyanın İlıca kəndində məscidə daxil olan Fransa vətəndaşı içəridəki “Qurani-Kərim”ləri cırıb.

Bununla bağlı verilən açıqlamada bildirilib ki, şübhəli şəxs məsciddəki “Qurani-Kərim”ləri parçalayaraq yerə atıb və minbərin pərdəsini zədələyib. Hücum edənin Fransa vətəndaşı olduğu qeyd edilib.

“Qərbi Trakya Müsəlman Türk Azlığı olaraq müqəddəs kitabımız “Qurani-Kərim”ə və məbədimizə edilən bu çirkin hücumu şiddətlə qınayırıq. Baş verən hadisə bizdə narahatlıq və təəccüb doğurdu. Sülh və əmin-amanlığı yox etməyə istiqamətlənmiş belə bir hücumu həyata keçirən qara ruhlu şəxsin layiq olduğu cəzanı alacağına ümid edirik”, – deyə açıqlamada bildirilib.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

İskeçenin müftisi Mustafa Trampa, Mustafaçova bələdiyyə sədri Rıdvan Dəlihüseyin və İlıca Aşağı Məhəllə Qəyyumlar Şurasının sədri Eyüp Köse nəzarətə alınan hücumçu ilə bağlı şikayət ediblər.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir