Filippinli səyyah: “Şuşada aparılan quruculuq işləri təqdirəlayiqdir”

Cəmiyyət


“Şuşada dağıdılan hər şeyin yenidən qurulması çox sevindiricidir”

Bunu “Report”a açıqlamasında Filippindən gələn səyyah Aymi Paragas deyib.

“Azərbaycana ilk səfərimdir. Düşünürəm ki, dövlət tərəfindən görülən bu işlər müharibənin yaralarını sağaldacaq. Qarabağda tikinti işlərinin bu cür sürətlə aparılması ürəkaçandır. Burada həm yeni binalar tikilir, həm də tarixi abidələr öz tarixiliyini saxlamaqla yenidən restavrasiya edilir”, – deyə səyyah bildirib.

Qeyd edək ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura iyunun 14-də başlayan səfərinə bu gün Şuşa şəhərinin ziyarəti ilə yekun vurulub.

Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir