Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç Türkiyə Respublikasının Moskvadakı səfiri təyin edilib.
Bu barədə cümə günü diplomatik mənbələrə istinadən məlumat yayılıb.
Bilgiç 2021-ci ildən Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vəzifəsində çalışır. Bundan əvvəl o, Belqradda səfir olub.
Əvvəllər Rusiya Federasiyasında çalışmış 52 yaşlı Bilgiç 2019-cu ilin yanvarından Türkiyənin Moskvadakı səfiri vəzifəsində çalışan Mehmet Samsarı əvəz edəcək.
Mənbə: Hürriyet
www.RESMIXEBER.az