Bərdə bazarında dükanlar yanıb kül oldu: Sahibkarlara yardım ediləcək – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Səhər saatlarında Bərdənin Üzeyir Hacıbəyov küçəsində yerləşən ümumi sahəsi 4 000 kvadratmetr olan bazarda güclü yanğın olub.

Xezerxeber.az xəbər verir ki, 26 mağazaya ciddi ziyan dəyib və içərisindəki əşyalar tamamilə yanıb.

Alovlar bazarın 800 kvadratmetr hissəsini əhatə edib.

Əraziyə Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Naftalan rayonları və Mingəçevir şəhəri yanğından mühafizə dəstəsinin ümumilikdə 11 texnikası cəlb edilib.

Yanğının söndürülməsində 65 yanğınsöndürən iştirak edib

Bazarın rəhbərliyi bildirib ki, sahibkarlara dəstək göstəriləcək.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:

10:49

Fövqəladə Hallar Nazirliyi Bərdədə “Köhnə bazar” adlanan ərazidə baş verən yanğınla bağlı yeni məlumat yayıb. 

Qurumdan bildirilib ki, bu gün səhər saatlarında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 5 ünvanında yerləşən bazar ərazisində baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 4000 kvadratmetr olan 174 mağazadan ibarət bazar ərazisində 26 ədəd geyim, xırdavat və təsərrüfat malları mağazasının yanar konstruksiyaları 800 kvadratmetr sahədə və içərisində olan əşyalar yanıb. Bazar ərazisində olan digər bitişik mağaza və obyektlər yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində DYMX-nin Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Naftalan rayonlarının Yanğından Mühafizə hissələri və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 11 texnikası və 65 nəfər canlı qüvvəsi iştirak edib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

09:11

Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə “Köhnə bazar” adlanan ərazidə yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının mürəkkəbliyinə baxmayaraq, geniş sahəyə yayılaraq böyük fəsadların yaranmasına imkan verilməyib.

Əlavə məlumat veriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir