Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” – VİDEO

Siyasət


Ötən gün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət başçısı İlham Əliyev tərəfindən “Gülüstan” sarayında verilən ziyafətdə Xalq artisti Azərin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib. 

Bizim.media xəbər verir ki, mötəbər mərasimdə sənətçinin əsərin sözlərini dəyişərək “Qafqazlardan aşmışıq biz, türklüyə şan qatmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Türkün şanlı bayrağını Qarabağda asmışıq biz” formada ifa etməsi prezidentlər tərəfindən ayaq üstündə alqışlanıb.

Azərin çıxışı ilə bağlı sevinc və qürur hisslərini bu sözlərlə ifadə edib:

“Çox qürurverici axşam idi. Növbəti dəfə cənab Ərdoğanın seçkidən sonra Azərbaycana gəlişi ənənəsinə sadiqliyidir. Vətəndaş, türk insanı və sənətçi olaraq bizim üçün əhdə vəfa önəmlidir. Bunu heç yerdə deməmişəm, cənab Ərdoğan baş nazir olduğu zaman Gülüstan sarayına gəlmişdi.

“Çırpınırdı Qara dəniz” mahnısını ifa etdikdən sonra sənətçilərlə görüş oldu. Həmin zaman mənə yaxınlaşdı və unutmayacağım bir cümlə dedi ki, “Azərin xanım, söz, inşallah, Azərbaycanın bayrağını Qarabağda asacağıq”.

Bu səs, cümlə hər zaman qulağımda idi. Çox böyük tarix idi, Əhməd Cavadın ailəsindən icazə alaraq əsərin sonunda dəyişiklik etmişdim ki, “Azərbaycan bayrağını Qarabağda asacağıq”.

Allah bunu dua kimi qəbul etdi, illərdir dünyanın harasına konsertə getdimsə, bu cür ifa etdim. Bu əsər xalqımız tərəfindən sevildi, könüllərində taxt qurdu. 2020-ci ildə Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Qarabağda zəfər bayrağı, Azərbaycan və Türkiyənin şanlı bayraqları yan-yana asıldı. İlk konsertdə mən də oraya getdim. Dünən yenidən tədbirə dəvət alanda, cənab Ərdoğanın sözləri qulağımda səsləndi. Azərbaycan heç vaxt Türkiyənin, Ərdoğanın verdiyi dəstəyi unutmayacaq. Ötən gün də əsəri o cür ifa etmək içimdən gəldi.

Düşünürəm ki, bundan sonra da böyük Əhməd Cavad və Üzeyir Hacıbəylinin əsərini belə ifa edəcəyik.

Bir sənətçi üçün ölkə başçılarının ayaq üstündə alqışlaması qürurverici hadisədir. Hər şey bir bütün halda olmalıdır, orada ayaq üstündə alqışlanan təkcə mən deyildim. Orada alqışlanan həm də Üzeyir Hacıbəyli, Əhməd Cavad və bizim şəhidlərimiz idi. Onların tökdüyü qanla, canla Qarabağ bizə qayıtdı”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir