DİN: “Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı hadisə baş verməyib”

Cəmiyyət


“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.

resmixeber.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Hörmətli xəbər-informasiya adminləri, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil. Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuatı xidməti 7/24 rejimdə fəaliyyət göstərir.

“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları – yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar.

Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq”, – E.Hacıyev qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir