ABŞ Ticarət Departamenti bazar ertəsi Böyük Britaniya, Keniya, Çin, Laos, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Sinqapur, Tailand və Cənubi Afrikadan olan 50 təşkilata ixrac məhdudiyyəti qoyub.
Bu barədə Federal Reyestrdə – ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişdə deyilir.
Eyni zamanda, Latviya təşkilatı qara siyahıdan çıxarılıb.
Bildirilir ki, sanksiyalara Çindən 31,Tailand və BƏƏ-dən 5, Pakistandan 4, Cənubi Afrikadan 3, Böyük Britaniyadan 2, Keniya, Laos, Malayziya, Sinqapurdan 1 şirkət məruz qalıb.
Mənbə: TASS
www.RESMIXEBER.az