İranda naməlum şəxs polisə atəş açıb: Ölən var

Dünya


İranın cənub-qərbində, Xuzistan əyalətində yerləşən İza şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.

Bu barədə bazar günü Gənc Jurnalistlər Klubu agentliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarından biri ağır güllə yaraları alıb və xəstəxanada ölüb.

Bildirilir ki, naməlum şəxs öz avtomobilindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, onun motivləri və hazırda harada olması barədə məlumat verilmir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir