Şotlandiyanın keçmiş lideri həbs edilib

Dünya


Şotlandiyanın keçmiş birinci naziri (2014-2023) Nikola Stercen hakim Şotlandiya Milli Partiyasının (SNP) maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

“52 yaşlı qadın bu gün, iyunun 11-də Şotlandiya Milli Partiyasının maliyyələşdirilməsi işi üzrə şübhəli şəxs qismində saxlanılıb. O, həbsdədir, Şotlandiya polisinin detektivləri tərəfindən dindirilir”, – hüquq-mühafizə orqanlarından bildirilib.

Bundan əvvəl istintaq çərçivəsində Şotlandiya polisi Stercenin əri, SNP-nin keçmiş icraçı katibi Piter Murell, eləcə də partiyanın keçmiş xəzinədarı Kolin Bitti saxlayıb. Sonradan hər ikisi heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.

Qeyd edək ki, polis partiyanın maliyyə donorlarının 2017-2019-cu illərdə Şotlandiyanın yeni müstəqillik referendumunun təşviqat kampaniyasına ayrılmış 600 min funt-sterlinqin (750 min dollar) mənimsənilməsi ilə bağlı şikayətlərini araşdırır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir