Fərhad Hacıyev: “İmtahan başlayandan bu saatlara qədər hər hansı bir qayda pozuntusu qeydə alınmayıb”

Cəmiyyət


“İmtahan başlayandan bu saatlara qədər hər hansı bir qayda pozuntusu qeydə alınmayıb”.

resmixeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, iki saatdan sonra nəticələr məlum olacaq:

“İştirakçıların nəticələri şəxsi kabinetlərində yerləşdiriləcək. Artıq biz biləcəyik ki, sabahkı imtahanda kimlər iştirak etmək hüququ qazanacaqlar”.

O qeyd edib ki, imtahanın əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına isə yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaqlar:

“İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olunacaq. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılacaq”.

Qeyd edək ki, imtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələr ilə bağlı müvafiq hesabat göndəriləcək.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir