Pakistanda daşqın 19 nəfərin həyatına son qoydu

Dünya


Pakistanın Heybər Paxtunxva və Pəncab əyalətlərində təsirli olan güclü yağışlar böyük zərərə yol açıb.

Güclü yağış və tufan nəticəsində bir çox evlərin damları, divarları uçulub, yollar su altında qalıb.

Ölkədə 19 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.

Güclü yağışlar Azad Kəşmir, Qucranvala, Feysəlabad və Sarqodha bölgələrində də təsirli olub.

Pakistanın baş naziri Şahbaz Şərif maddi itkilər və insan tələfatına görə dərin hüznlə kədərləndiyini bildirib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir