Üç yaşlı Xəzər Babazadə qaraciyər çatışmazlığından əziyyət çəkir.
Bu barədə resmixeber.az-a onun anası Məlahət Babayeva məlumat verib.
O bildirib ki, övladı orqan köçürmə əməliyyatı olmalıdır.
“Xəzər anadangəlmə qaraciyər çatışmazlığından əziyyət çəkir. Nə qədər müalicələr etsək də heç bir faydası olmadı. Həkim artıq övladıma qaraciyər köçürülməli olduğunu deyir. Əməliyyat Türkiyədə özəl klinikalardan birində keçiriləcək”
Məlahət Babayeva bildirib ki, Xəzərin əməliyyatı üçün 45 000 dollar ödəməlidirlər.
“Klinikada bizdən əməliyyat üçün 45 000 dollar istənilib, bu da 76 500 manat edir. Bizim bu məbləği toplamağa imkanımız olmadığı üçün məcbur evimizi 68 000 manata satmışıq, 2000 manat isə qohum-qonşudan toplaya bilmişik. Hazırda övladımın əməliyyat olub sağlamlığına qovuşması üçün 6 500 manatımız çatmır. İnanın bu məbləği toplamaq bizim üçün mümkünsüzdür. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını, kömək etmələrini xahiş edirəm”.
Ailə ilə əlaqə: 055 569 77 29





www.RESMIXEBER.az