Rusiyada yol çəkilişi eramızdan əvvələ “səyahətlə” nəticələndi – FOTO

DIN


Rusiyanın Krasnodar diyarında magistral yolun tikintisi zamanı aparılan qazıntılar zamanı eramızdan əvvəl VI-V-ci əsrlərə aid 20 mindən çox əşya və üç məzar tapılıb.

Bu barədə diyarın qubernatorunun müavini Roman Luzinov xəbər verib.

Bildirilir ki, əksəri boz-gil qablardan ibarət artefaktlar Krasnoarmeyski rayonunun Maryanskaya kəndindən Belıy Temryukski rayonunun fermasına qədər ərazidə aşkar edilib.

Elm adamlarının fikrincə, qədim meotların yaşadığı bu yerlərdə keramika istehsalı mərkəzi ola bilərdi. Ərazidə tapılan soba və təsərrüfat çuxurları bu ehtimalı təsdiqləyir.

Tapıntıların tədqiqi, sonra isə muzeylərə göndərilməsi planlaşdırılır.

Qeyd edilir ki, meotlar – “Meot bataqlığı” (Azov dənizi belə adlanırdı) ətrafında yaşayan qədim yunanlar olublar. Əhali bu əraziyə Taman yarımadasının yunanların müstəmləkəsinə çevrilməsindən və ticarətin inkişafından sonra köçüb. Mütəxəssislər qeyd edirlər ki, yaşayış məntəqəsi eramızdan əvvəl III əsrdə yox olub.

Bundan 200 il sonra, bu yerdə meotdan sonrakı mədəniyyətin qəbilələrinin birinin döyüşçüsü dəfn edilib. Məzarlıqda üzüklü qısa dəmir qılınc da olub.

Mənbə: Kubanskiye Novosti

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir