Həbib Mikayıllı: “Keçmiş məcburi köçkünlərə qayıdış zamanı lazımi dəstək göstəriləcək”

Siyasət


“Azərbaycan dövləti keçmiş məcburi köçkünlərə öz ata-baba yurdlarına qayıdışı zamanı lazımi dəstək göstərəcək”.

“resmixeber.az”un xəbərinə görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər zaman bu kateqoriyadan olan vətəndaşlar dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunub:

“Bu baxımdan Azərbaycan dünyada nümunəvi dövlətlərdən biridir. Belə ki, dövlət tərəfindən bu kateqoriyadan olan insanların mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onlara dəstək layihələri həyata keçirilib. Qayıdış zamanı da bütün lazımi işlər görüləcək”.

PA-nın sektor müdiri bildirib ki, azad edilən ərazilər məqsədli şəkildə Ermənistan tərəfindən dağıdılıb və talan olunub:

“Ermənistan tərəfindən ətraf mühitə, mədəniyyətimizə qarşı genosid törədilib. Deyərdim ki, II Dünya müharibəsindən sonra bu qədər dağıntı heç bir yerdə olmayıb”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir