Rusiyanın Ufa şəhərində dəmiryol vağzalında güclü yanğın baş verib.
Yanğının videogörüntüləri ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən yayımlanıb.
10 yanacaq çəni, həmçinin yanacaq və sürtkü materiallarının olduğu anbar alovlanıb. Yanğının sahəsi 300 kvadratmetrdir.
Ölən və xəsarət alanların olmadığı bildirilir. Yanğının söndürülməsi davam edir.
Bəzi məlumatlara görə, “Ekstremist” partizan hərəkatı hadisədən bir gün əvvəl bununla bağlı anons edərək təxribata görə məsuliyyəti öz üzərinə götürüb.
Mənbə: “İnsayder” “Telegram”, Ufa1.ru
www.RESMIXEBER.az