Bakının Nəsimi rayonu, Cavadxan küçəsində ağacların kəsildiyini əks etdirən görüntülər yayılıb.
resmixeber.az xəbər verir ki, bununla bağlı ərazidə yaşayan sakinlər sosial şəbəkələrdə foto və video paylaşıblar.
Sakinlər iddia ediblər ki, ağacların öncə budama adı ilə budaqları kəsilir, daha sonra isə tək gövdəsi qalan ağaclar tamamilə məhv edilir.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların kəsilməsi haqqında iddialar reallığı əks etdirmir:
“İyunun 8-də Nəsimi rayonu Cavadxan küçəsi 44 ünvanında bir ədəd qovaq ağacının güclü külək nəticəsində qırılaraq düşdüyü barədə birliyin qaynar xəttinə məlumat daxil olub. Birliyin əməkdaşları tərəfindən dərhal ünvana baxış keçirilib və sınmış budaqların ərazidən götürülməsi təmin edilib. Ərazidəki ağaclarda budama və kəsmə işləri aparılmayıb”.
Sakinlərin ərazidən yaydığı videogörüntünü təqdim edirik:
Aysel Aslan
www.RESMIXEBER.az