Bakıda diləndirilən uşaq sığınacağa təhvil verildi – FOTO

Cəmiyyət


Paytaxtın “Neftçilər” metrostansiyası yaxınlığında diləndirilən uşaq sığınacağa təhvil verilib.

resmixeber.az-ın məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O qeyd edib ki, azyaşlı qızın təxminən 4 yaşı var:

“İki gün öncə Azərbaycan Daxili İşlər Nazirliyi Bakı şəhər Baş polis idarəsinin əməkdaşlarına “Neftçilər” metrosu ərazisində uşağın diləndirilməsi ilə bağlı məlumat vermişdik. Bu gün Nizami rayon Polis İdarəsinin post patrul xidməti əməkdaşları həmin azyaşlını aşkarlayaraq sığınacağa təhvil verdilər. Uşaq qorxudan əsirdi. Baxmayaraq ki, küçə daha qorxuludur. “Çörək ağacı” olan qutusunda isə qara qəpiklər var idi. Polis əməkdaşlarına təşəkkür edirəm”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir