Nazirlik rəsmisi: “Bu il də imtahandan keçən müəllimlərin maaşlarına əlavələr olacaq” – FOTO

Cəmiyyət


“Bu il təhsilverənlərin sertifkatlaşdırılmasında iştirak etmək üçün hazırda 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib”.

resmixeber.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, sertifikatlaşdırmanın test imtahanı mərhələsi 20-24 iyun tarixlərində həyata keçiriləcək:

“Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub”.

O qeyd edib ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5 624 təhsilverən isə 10 faiz əlavə alıb:

“Bu il də imtahandan keçənlərin maaşlarına əlavələr olacaq”.

Daha çox şəkil burada: PhotoStock.az

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir