Mübariz Əsgərov: “Şuşa həbsxanası ilə bağlı filmi dünya mediasına çıxarmaq istərdim” – FOTO

HƏRBİ


“Qobustan həbsxanasında hazırda məhkum olan və vaxtilə Şuşa həbsxanasında nəzarətçi işləyən ermənilər də sənədli filmdə danışıblar”. 

resmixeber.az xəbər verir ki, bu sözləri filmin müəllifi Mübariz Əsgərov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, çəkiliş həm Şuşa, həm də Qobustan həbsxanasında aparılıb: 

“Bu gün müəllifi olduğum film müzakirəyə çıxarılır. Mövzunu çoxdan fikirləşmişdik. Filmdə Şuşa həbsxanasında işgəncə görənlərin ağrılı xatirələrini işıqlandırdıq. Düzdür, bu çox çətin oldu. Film 36 dəqiqədir”.

M.Əsgərov filmin rus və ingilis dillərində tərcümə olunmasını istədiyini qeyd edib:

“O vaxt Şuşa həbsxanasında əsir və girovlara işgəncə verən ermənilərdən iki nəfər hazırda Qobustan həbsxanasında cəza çəkir. Onlar Vətən müharibəsi vaxtı Müzəffər Ordumuz tərəfindən saxlanılıblar. Onlar əsir və girovlara uzun illər əzab veriblər. Bu, bizim faciəmizdir. Filmi dünya mediasına çıxarmaq, rus və ingilis dilində tərcümə olunmasını istərdim”. 

Mübariz Əsgərov əlavə edib ki, tariximizin təzadlı məqamlarını unutmamalıyıq.

Nəzrin Vahid

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir