Benzema Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayıb

Dünya


“Real Madrid”dən ayrılan Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, fransalı futbolçu “Əl-İttihad”la iki illik müqavilə imzalayıb. Tərəflərin sözləşməni daha bir mövsüm müddətinə artırmaq variantı var.

Sövdələşmənin maliyyə detalları məlum deyil. Bəzi mənbələr 35 yaşlı forvardın Səudiyyə Ərəbistanında ilinə 200 milyon avro qazanacağını yazırlar.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real Madrid”də çıxış edirdi.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir