Nazirlər Kabineti 7 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “ASAN müraciət” informasiya sistemi operatorunun səlahiyyətləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsus Elektron Hökumətin İnkişafı Mərkəzindən alınaraq agentliyə məxsus “İnnovasiyalar Mərkəzi” MMC-yə verilib.
www.RESMIXEBER.az