Azərbaycan millisinin baş məşqçisi Türkiyə çempionu oldu

Dünya


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə titul qazanıb.

“resmixeber.az”un məlumatına görə, 36 yaşlı mütəxəssisin idman direktoru olduğu “Fomget” qadınlar arasında Superliqanın qalibi olub.

Paytaxt təmsilçisi finalda “Fənərbağça”nı 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Siyasət Əsgərov ötən ilin avqustunda “Fomget” klubunda idman direktoru vəzifəsinə təyinat alıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir